DÜNYA


TÜRKİYƏ VƏ SURİYA TERRORİZMLƏ MÜBARİZƏDƏ SƏYLƏRİNİ BİRLƏŞDİRİRLƏR

AZƏRTAC-ın müxbiri Ankaradan xəbər verir ki, dekabrın 17-də burada Türkiyənin və Suriyanın daxili işlər nazirləri terrorizmlə birgə mübarizə haqqında saziş imzalamışlar.

Türkiyənin daxili işlər naziri Əbdülqədir Aksu imzalanma mərasimindən sonra jurnalistlərlə söhbətində demişdir ki, ölkələrimiz bu istiqamətdə birgə səylərin regionda təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcəyinə əmindir.

Yerli mətbuat diqqəti sazişin vaxtında – noyabrda İstanbulda 62 insanın həyatına son qoyan terror aktları törədildikdən sonra bağlandığına cəlb edir. Həmin terror aktlarından sonra Suriya xoş məram nümayiş etdirmiş və İstanbulda sinaqoqların və Britaniya nümayəndəliklərinin qarşısında törədilən partlayışların təşkilində əli olmaqda şübhəli bilinərək axtarılan 22 Türkiyə vətəndaşını Ankaraya vermişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.