DÜNYA


TÜRKMƏNİSTANDA MƏCLİSƏ SEÇKİLƏR DEKABRIN 19-NA TƏYİN EDİLDİ

AZƏRTAC-ın Aşqabaddan aldığı xəbərə görə, milli parlamentə - Məclisə seçkilər dekabrın 19-da keçiriləcəkdir. Bunu Türkmənistan Seçkilər və Referendumlar Keçirilməsi üzrə Mərkəzi Komissiyası bildirmişdir. Parlamentdə 50 yerə nə qədər namizəd olacağı hələlik məlum deyildir, çünki namizədlərin qeydiyyatına seçkilərə bir ay qalmış başlanacaqdır.

Lakin Türkmənistan hökuməti bu seçkilərə beynəlxalq müşahidəçiləri dəvət etməyi planlaşdırmır. Bunu ATƏT-in hazırkı sədrinin şəxsi elçisi Marti Ahtisaari açıqlamışdır.

Xatırladaq ki, Türkmənistan qanunvericiliyinə uyğun olaraq, ölkənin seçkilər gününədək 25 yaşına çatan və respublikada azı 10 il yaşayan hər bir vətəndaşı deputatlığa namizəd ola bilər.

1999-cu ildə keçirilən səsvermədə seçicilərin ümumi sayının 99,6 faizi iştirak etmişdi. Onda Məclisdə 50 yerə 104 nəfər namizəd var idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.