DÜNYA


TÜRKMƏNİSTANDA RUS DİLİ ƏN ÇOX ÖYRƏNİLƏN DİL OLARAQ QALIR

AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Türkmənistan məktəblərində tədris edilən xarici dillər arasında ən çox öyrəniləni rus dilidir. Dövlət Statistikası və İnformasiya Milli İnstitutunun bildirdiyi kimi, məktəblərdə bir milyondan artıq şagirdin 934 mini rus dilini öyrənir.

İngilis dilini 165 min, alman dilini isə 17, 7 min məktəbli öyrənir. Şərq dilləri içərisində ərəb dili üstünlük təşkil edir. Bu dili 5,2 min uşaq öyrənir.

Ötən il Türkmənistanda rus dilində təhsil verən məktəb, demək olar, qalmamışdı. Ölkədə Rusiya proqramı ilə 11 illik təhsıl verən yeganə türkmən–rus məktəbi fəaliyyət göstərir.

Şəhər əhalisi arasında rus dilində danışanlar hələ də var. Lakin 2000-ci ildən bütün işgüzar və istehsalat əlaqələri, eləcə də idarələr arasında rəsmi yazışmalar türkmən dilində aparılır. Ölkədə “Neytralnı Turkmenistan” adlı cəmi bir rusdilli qəzet çıxır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.