DÜNYA
TÜRKMƏNİSTANDA “TÜRKMƏNLƏRİN QIZIL ƏSRİ” MÜKAFATI TƏSİS EDİLMİŞDİR
Dövlət başçısı S.Niyazovun qərarında göstərilir ki, türkmənlərin mənəvi kodeksi olan müqəddəs “Ruhnamə” azad yaradıcılıq üçün geniş imkanlar açmış, bütün xalqı, o cümlədən ədəbiyyat, incəsənət və mədəniyyət xadimlərini türkmənlərin qızıl əsrində həqiqətən də qızıl əsərlər yaratmağa ruhlandırmışdır.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, S.Niyazovun “Ruhnamə” əsəri türkmən xalqının mənəviyyatı haqqındadır. Milli ənənələrin qorunmasına həsr olunmuş birinci kitab 2001-ci ilin sentyabr ayında çap edilmişdir və bununla əlaqədar sentyabr ayı “ruhnamə” adlandırılmışdır.
S.Niyazov “Ruhnamə”nin ikinci kitabı üzərində işi başa çatdırmış və əsər sentyabrın 1-də işıq üzü görəcəkdir.
“Ruhnamə” bütün məktəb və institutlarda tədris edilir, müəssisələrdə məcburi imtahanlar verilir. Əsər dünyanın 17 dilinə - rus, ingilis, fransız, yapon, çin, urdu, ərəb və s. dillərə tərcümə edilmişdir.