TÜRKMƏNİSTANIN ƏN BÖYÜK MƏSCİDİNİN DİVARLARINI QURAN SURƏLƏRİ İLƏ YANAŞI, SAPARMURAD NİYAZOVUN KƏLAMLARI DA BƏZƏYƏCƏK

AZƏRTAC-ın Aşqabaddan aldığı xəbərə görə, Türkmənistanın ən möhtəşəm məscidinin divarlarını Prezident Saparmurad Niyazovun kəlamları Quran surələri ilə bir sırada bəzəyəcəkdir. Bunu Ruhabadda işgüzar səfərdə olan dövlət başçısı ağsaqqallarla görüşündə bildirmişdir.

O demişdir: “Türkmənlərin həm çağdaş, həm də gələcək nəsillərinin nicat ulduzu olan Quran surələri və müqəddəs “Ruhnamə” kitabının öyüdləri ölkənin ən möhtəşəm məscidinin divarlarını bəzəyəcəkdir. O, türkmənlərin mənəvi intibahının rəmzi olacaqdır. Quran surələrindən fərqli olaraq, “Ruhnamə”dən kəlamlar türkmən dilində yazılacaqdır”.

Ruhabadın yaxınlığında - prezidentin doğma Qıpçaq kəndində bütün Orta Asiya regionunda ən böyük məscidin inşası başa çatmaqdadır. Burada eyni zamanda, 10 min adam (7 min kişi, 3 min qadın) namaz qıla bilər. Məscidi 100 milyon dollarlıq müqavilə əsasında Fransanın “Buiq” şirkəti tikir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.