SİYASƏT
TÜRKMƏNİSTANIN MÜSTƏQİLLİYİNİN 12-Cİ İLDÖNÜMÜ QEYD EDİLMİŞDİR
Oktyabrın 27-28-də Türkmənistanın müstəqilliyinin 12-ci ildönümü qeyd olunmuşdur.
Bu münasibətlə Aşqabadın “Bitaraplık” (“Müstəqillik”) adlanan baş meydanında hərbi parad keçirilmişdir.
Türkmənistan prezidenti Saparmurat Niyazov öz iqamətgahının eyvanından hərbi paradı qəbul etmişdir. Sonra əhalinin nümayişi keçirilmişdir. Şənlik 3 mindən çox sənət adamının iştirak etdiyi böyük bayram tamaşası və atəşfəşanlıqla başa çatmışdır.
Bayram şənlikləri iki gün ərzində ölkənin bütün küçə, park və meydanlarında davam etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:12]
Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB
- 19.04.2024 [14:14]