SİYASƏT


TÜRKPA Katibliyi Özbəkistanda seçkiləri müşahidə edib

Bakı, 24 dekabr, AZƏRTAC

Baş katib Altınbek Mamayusupovun rəhbərliyi ilə Baş katibin müavinlərindən ibarət TÜRKPA Katibliyinin nümayəndə heyəti Özbəkistanda parlament seçkilərinin qısamüddətli müşahidəsi üçün Daşkənd şəhərinə səfərdə olub.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti Mərkəzi Seçki Komissiyası və Şəhər Seçki Komissiyasında görüşlər keçirib, onlara ölkənin seçki sistemi və seçki administrasiyasında islahatlar barədə ətraflı məlumat verilib. Mərkəzi Seçki Komissiyası və Şəhər Seçki Komissiyasının rəsmiləri, həmçinin ilk dəfə parlament seçkiləri ilə yanaşı, Şəhər və Rayon (Tuman) Şuralarına baş tutan seçkilər haqqında məlumat veriblər.

Seçki günü TÜRKPA nümayəndələri Daşkəndin müxtəlif mərkəzi rayonlarında 15 seçki məntəqəsində olub. Müşahidə zamanı nümayəndə heyəti səsvermə prosesinin bütün mərhələlərini izləyib, eləcə də bir seçki məntəqəsində səslərin sayılmasını müşahidə edib.

Müşahidə proqramı çərçivəsində TÜRKPA nümayəndələri yerli KİV-ə müsahibələr verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.