REGİONLAR


TÜRKPA Katibliyinin diplomatik heyəti Cocuq Mərcanlıda

Bakı, 28 noyabr, AZƏRTAC

TÜRKPA Katibliyinin diplomatik heyəti noyabrın 27-də Cocuq Mərcanlıya səfər edib.

AZƏRTAC xəbər verir ki, TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov, baş katibin müavinləri Fuad Ələkbərov, Naurız Aydarov və Ali Yıldız, TÜRKPA komissiyalarının katibləri Emin Həsənov və Kanatbek Kurmanbekovdan ibarət heyətlə görüşən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qonaqlara Cocuq Mərcanlının tarixi, eləcə də kəndin düşməndən geri alınmasından sonra görülən işlər barədə məlumat verib.

Bildirilib ki, 2016-cı ilin aprel qələbəsindən sonra Cocuq Mərcanlıda yaşamaq mümkün olub. Kəndin bərpasının ilk mərhələsinə 2017-ci ilin yanvarında Prezident İlham Əliyevin Sərəncamı ilə başlanılıb. 50 fərdi ev, məktəb, məscid, elektrik yarımstansiyası, hidrometereoloji stansiya, avtomobil yolu və digər müvafiq infrastruktur tikilib, kənd qaz, elektrik enerjisi və içməli su ilə təmin olunub. Ötən il iyunun 15-də Prezident İlham Əliyevin imzaladığı digər Sərəncamla Cocuq Mərcanlı kəndində bərpa işləri davam etdirilib. İkinci mərhələdə daha 100 ev tikilib, kəndin infrastrukturu genişləndirilib.

Altınbek Mamayusupov Cocuq Mərcanlıda Azərbaycan hökuməti tərəfindən görülən işləri yüksək qiymətləndirib. O, TÜRKPA-ya üzv ölkələrin Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə bağlı yekdil mövqeyini xüsusi vurğulayıb. Bildirib ki, bu mövqe Assambleya tərəfindən qəbul edilmiş bəyannamələrdə də əks olunub.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri kənd əhalisi ilə görüşüb, orta məktəbdə olub, məşhur Şuşa məscidinin bənzəri olan Cocuq Mərcanlı məscidini ziyarət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.