CƏMİYYƏT


TÜRKPA-nın Baş katibi: Azərbaycanın ailə və qadın məsələlərinə dair təcrübəsinin öyrənilməsi faydalıdır

Ankara, 17 may, AZƏRTAC

Azərbaycan ailə və qadın məsələlərində böyük təcrübəyə və zəngin ənənələrə malik bir ölkədir.

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Sosial, mədəni və humanitar məsələlər komissiyasının Ankarada keçirilən 7-ci iclasında aparılan müzakirələrin nəticələrini AZƏRTAC-a şərh edən qurumun Baş katibi Altınbek Mamayusupov bildirib ki, müzakirə olunan məsələlər bütün dünya üçün çox aktualdır. Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstanda ailə və qadın siyasəti yüksək dəyərlərə malikdir. Ailə və qadın məsələlərində təcrübə mübadiləsi və birgə addımların atılması qarşılıqlı maraq doğurur və tərəflər üçün vacibdir.

Azərbaycan Milli Məclisi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının birgə təşkilatçılığı əsasında cari il iyulun 14-də Bakıda keçirilməsi planlaşdırılan “BMT-nin davamlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda TÜRKPA-ya üzv ölkələrin qadın parlamentarilərinin konfransını beynəlxalq əhəmiyyətli tədbir kimi dəyərləndirən Baş katib deyib: “Azərbaycan İslam dünyasında qadınların səsvermə hüququnu tanıyan ilk ölkədir. Azərbaycanın bu sahədəki təcrübəsinin öyrənilməsi faydalıdır”.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.