SİYASƏT


TÜRKPA-nın beynəlxalq müşahidəçilər missiyası Türkiyədə seçkiləri izləyəcək

TÜRKPA-nın beynəlxalq müşahidəçilər missiyası Türkiyədə seçkiləri izləyəcək

Bakı, 22 iyun, AZƏRTAC

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) beynəlxalq müşahidəçilər missiyası Türkiyədə iyunun 24-də keçiriləcək prezident və parlament seçkilərini izləyəcək.

TÜRKPA-dan AZƏRTAC-a verilən məlumata görə, missiyanın tərkibinə Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlamentlərinin üzvləri daxildir.

Müşahidəçilər səsverməni yerində izləmək üçün Ankarada bir neçə müşahidə məntəqələrini ziyarət edəcəklər.

İyunun 22-də müşahidəçilərin Respublika Xalq Partiyasının (CHP) sədr müavini Tekin Bingöl, Yüksək Seçki Şurasının sədri Sadi Güven, Milliyyətçi Hərəkət Partiyasının (MHP) sədr müavini Mevlüt Karakaya, Ədalət və İnkişaf Partiyasının sədr müavini (AKP) Naci Bostancı ilə görüşləri nəzərdə tutulub.

İyunun 25-də isə TÜRKPA nümayəndələri seçkilərin yekununa dair mətbuat konfransı keçirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.