MƏDƏNİYYƏT


TÜRKSOY Türkmənistanın bitərəfliyinin beynəlxalq aləmdə tanınmasının 25-ci ildönümünü qeyd edib

Aşqabad, 4 dekabr, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Türkmənistanın bitərəfliyinin beynəlxalq aləmdə tanınmasının 25-ci ildönümünü qeyd edib.

AZƏRTAC xəbər verir ki, TÜRKSOY Türkmənistanın ildönüm tədbirinə 12 ölkədən olan 150-dən çox sənətçinin iştirakı ilə xüsusi video hazırlayıb.

Son dönəm koronavirus epidemiya səbəbi ilə fəaliyyətini onlayn davam edən təşkilat, Türkmənistan bitərəfliyinin 25-ci ildönümü şərəfinə TÜRKSOY-a üzv ölkələrin və bölgələrin iştirakı ilə türkmənlərin məşhur "Kuşdepti" xalq rəqsindən ibarət xüsusi bir təbrik videosu hazırlayıb.

Türkmən “Kuştepdi” milli mahnısının sözlərinə düzəliş edərək iştirakçı ölkələrin təbrik sözləri əlavə olunaraq səsləndirilib.

Xüsusi hazırlanmış video təbrikdə TÜRKSOY-un Baş katibi Düsen Kusainov, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamuradov, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkiyə, Türkmənistan, Qaqauz, Tatarıstan, Başqırdıstan, Kabardin-Balkar və Saxa-Yakutiyadan olan vokal solistləri və rəqs ansambllarının üzvləri iştirak edirdilər.

Qeyd edək ki, 2017-ci ildə "Kuştdepdi" türkmən rəqsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.