MƏDƏNİYYƏT


TÜRKSOY qırğız jurnalistləri mükafatlandırıb

Bişkek, 18 aprel, АZƏRTAC

Qırğızıstan radiosunun “Altın kazına” mərkəzinin şöbə müdiri Jamila Mamatova, NTS teleziyasının əməkdaşı Nazira Kadıeva və EİEM radiosunun direktoru Taştemir Jaliev mətbuat sahəsində göstərdikləri səmərəli fəaliyyətə görə TÜRKSOY-un mükafatına layiq görülüblər.

AZƏRTAC xəbər verir ki, bu mükafat hər il təşkilat tərəfindən jurnalistika sahəsində uğur qazanan türkdilli ölkələrin mətbuat nümayəndələrinə verilir.

Mükafat jurnalistlərə aprelin 20-də Qırğızıstanın Oş şəhərində “Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirinin təntənəli açılış mərasimində təqdim olunacaq.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.