MƏDƏNİYYƏT


TÜRKSOY-un 22-ci Opera Günlərinə Girnə şəhərində start veriləcək

Ankara, 20 sentyabr, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) 22-ci Opera Günlərinə hazırlıq işləri başa çatıb.

TÜRKSOY-un katibliyindən AZƏRTAC-a verilən məlumata görə, budəfəki Opera Günləri Şimali Kiprin Girnə və Türkiyənin İstanbul şəhərlərində keçiriləcək.

Açılış mərasimi sentyabrın 25-də Girnə şəhərində olacaq. Tədbir TÜRKSOY, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Şimali Kiprin Milli Təhsil və Mədəniyyət Nazirliyi tərəfindən birgə təşkil olunub. Şimali Kiprin Milli Təhsil və Mədəniyyət Nazirliyinin ev sahibliyi ilə keçiriləcək rəsmi mərasimin iştirakçılarına nazir Nazim Çavuşoğlu tərəfindən dəvətlər göndərilib. Bildirilir ki, Opera Günlərində 9 ölkədən 10 solist və üç pianoçu qatılacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.