MƏDƏNİYYƏT


TÜRKSOY-un Ankaradakı qərargahında görkəmli qazax şairi və bəstəkarının yubileyi qeyd olunub

Ankara, 9 dekabr, AZƏRTAC 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı mərkəzi qərargahında görkəmli qazax şairi və bəstəkarı Estay Berkimbayulınin anadan olmasının 150 illiyi ilə bağlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, türk dünyasını təmsil edən tanınmış ədəbiyyatçıların, elm və mədəniyyət xadimlərinin, musiqiçilərin iştirakı ilə keçirilən konfransın açılışında çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov Estay Berkimbayulınin həyat və yaradıcılığından danışıb.

Tədbirdə digər çıxış edənlər Estay Berkimbayulınin yaradıcılığını təhlil ediblər. Vurğulanıb ki, onun şeirləri və bəstələdiyi mahnılar bütün dövrlərdə sevilib.

Bədii hissədə görkəmli bəstəkarın mahnılarından ibarət konsert proqramı olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.