Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

TÜRKSOY-un Baş katibi Düsen Kaseinovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Qardaş Azərbaycan xalqını və Zati-alinizi 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu il dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası Zati-alinizin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edərək dünyanın siyasi, iqtisadi və mədəni həyatında layiqli yerini tutub.

Əminəm ki, TÜRKSOY çərçivəsində həyata keçirilən beynəlxalq layihələrdə geniş təmsil olunan zəngin və rəngarəng Azərbaycan mədəniyyəti bundan sonra da ümumtürk mədəniyyətinin inkişafına öz töhfələrini verməkdə davam edəcək.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq arzu edirəm.

Dərin hörmət və ehtiramla,

 

Düsen Kaseinov

TÜRKSOY-un Baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin