Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

TÜRKSOY-un Baş katibi Düsen Kaseinovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını milli bayram – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Azərbaycan Respublikası ilə sıx mədəni əlaqələri, ölkənizin təşkilatımıza dəstəyini, ümumtürk mədəniyyətinin və dəyərlərinin təbliğində rolunu yüksək qiymətləndirir.

Əmin ola bilərsiniz ki, TÜRKSOY ilə Azərbaycan Respublikası arasındakı yüksək səviyyəli mədəni əlaqələr bundan sonra da inkişaf etdiriləcək və Azərbaycanın zəngin mədəni irsi TÜRKSOY-un xətti ilə keçiriləcək beynəlxalq tədbirlərdə bundan sonra da layiqincə təmsil olunacaqdır.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və əmin-amanlıq arzu edirəm.

Dərin hörmət və ehtiramla,

 

Düsen Kaseinov

TÜRKSOY-un Baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin