Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

TÜRKSOY-un Baş katibi Sultan Raevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Zati-alinizin müdrik siyasəti sayəsində Azərbaycan türk dünyasında və beynəlxalq aləmdə aparıcı ölkə kimi tutduğu layiqli yerini davamlı olaraq inkişaf etdirməkdədir.

TÜRKSOY-un Daimi Şurasının qərarı ilə Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi və bununla əlaqədar Zati-alinizin xüsusi Sərəncamı ilboyu Azərbaycanda və digər üzv ölkələrimizdə keçirəcəyimiz tədbirlərlə türk xalqları arasında birlik və həmrəyliyin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir.

Fürsətdən istifadə edərək TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Ən dərin hörmət və ehtiramla,

 

Sultan Raev

TÜRKSOY-un Baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin