CƏMİYYƏT


“TÜRKSOY-un I Beynəlxalq simulyasiyası” layihəsinin açılış mərasimi keçirilib

Bakı, 15 mart, AZƏRTAC 

Martın 15-də Gənclər Paytaxtı Şamaxıda “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “TÜRKSOY-un I Beynəlxalq simulyasiyası” layihəsinin açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Şamaxı rayonunda 130 türk şəhidinin xatirəsinə ucaldılmış "Türk şəhidliyi" abidəsini ziyarət ediblər.

Sonra “ASAN Könüllüləri” Təşkilatının fəaliyyət istiqamətləri, həyata keçirilən müxtəlif fərdi inkişafyönümlü və sosial əhəmiyyətli layihələr, tədbirlər barədə məlumat verilib. Həmçinin “TÜRKSOY-un I Beynəlxalq simulyasiyası” layihəsinin türkdilli dövlətlərin gənclərinin inkişaf etdirilməsi, mədəni və ideoloji əlaqələrin möhkəmləndirilməsi istiqamətində xüsusi əhəmiyyəti vurğulanıb.

Martın 17-dək davam edəcək layihənin məqsədi müxtəlif türk dövlətlərindən olan gənclərin vahid ideologiya ətrafında birləşmələrini təmin etməkdir. Qədim və bənzərsiz tarixə malik türk mədəniyyətinin nümayiş olunacağı “TÜRKSOY-un I Beynəlxalq simulyasiyası” layihəsində iştirakçılar tərəfindən mədəni inkişaf sahəsindəki xalqların problemləri və onların həlli yolları müzakirə olunacaq, qanun layihələri hazırlanacaq. Həmçinin ölkələrin mədəniyyət nümunələri də sərgilənəcək.

Layihədə 6 müxtəlif ölkə, 8 türk topluluğundan olan 20, qeydiyyatdan keçmiş və müsahibə mərhələsi uğurlu hesab edilən isə 30 olmaqla, ümumilikdə 50 gənc iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.