MƏDƏNİYYƏT


TÜRKSOY-un gənclik xoru Qazaxıstan şairi Abayın vətənində səfərdədir

Astana, 18 oktyabr, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) gənclik xoru Qazaxıstanda qastrol səfərindədir. Səfər çərçivəsində 34 ifaçıdan ibarət gənclik xoru bu ölkənin Karaqanda, Pavlador, Semey, Öskemen şəhərində geniş konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, qastrol Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının yaranmasının 25-ci ildönümünə həsr olunub.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qazaxıstan Dövlət Filarmoniyasının direktoru Jansıbek Bekpoladov, vilayət rəhbərləri, ictimaiyyət nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

TÜRKSOY gənclik xoru Türk dünyası bəstəkarlarının əsərlərinə müraciət edib, repertuarda Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Tatarıstan və Türkmənistandan məşhur mahnılar yer alıb.

Türk musiqisinin dünyaya tanıdılması məqsədləri istiqamətində, Qazaxıstan turnesi çərçivəsində məşhur qazax mütəfəkkiri, şair və ozanı Abayın vətəni Semeyde çıxış ediblər.

Konsertlərinə fərqli ruh yüksəkliyi və həyəcan qatan TÜRKSOY gənclik xoru, Semey tamaşaçıları qarşısına proqramında etdiyi sürpriz dəyişikliklə çıxıb. Qazaxıstandan dirijor Gülmira Kuttıbadamovanın rəhbərlik etdiyi xorun səsləndirdiyi türk dünyası əsərlərinə yeniləri əlavə olunaraq, müğənnilər öz ölkələrinin mahnılarını ifa ediblər. Xor üzvlərinin ifa etdiyi Abayın "Gözümün qarası" (Qazaxıstan), Cahangir Cahangirovun "Bana bana gəl" (Azərbaycan), Kazım Koyuncu "Koy verdin getdin məni" (Türkiyə) və Naira Şarafaevanın "Horazm navolari" (Özbəkistan) mahnıları musiqiseverlerin böyük rəğbətini qazanıb.

Qastrol çərçivəsində konsertlərdə bəzi şəxslərə TÜRKSOY-un 25-ci ilik xatirə hədiyyələri və mükafatları təqdim olunub.

Oktyabrın 19-da TÜRKSOY gənclik xoru Astana opera və balet teatrında çıxış edəcək.

Qeyd edək ki, TÜRKSOY gənclik xoru 2015-ci ildə təşkilat tərəfindən yaradılıb. TÜRKSOY gənclik xoru türk musiqisinin dünyaya tanıdılması məqsədləri istiqamətində, TÜRKSOY üzvü ölkələrin aparıcı konservatoriyalarından seçilən ifaçıları bir araya gətirilib.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.