Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Yaponiya turnesi möhtəşəm qala-konsertlə başa çatıb VİDEO

Tokio, 21 noyabr, AZƏRTAC 

TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Yaponiya turnesi Tokionun Mequro rayonunda yerləşən “Presimmon Hall” konsert zalında möhtəşəm qala-konsertlə başa çatıb.

AZƏRTAC xəbər verir ki, türk dünyasını təmsil edən 12 ölkədən 50 artistin iştirakı ilə təşkil edilən konsert proqramı yapon tamaşaçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Noyabrın 20-də təşkil olunan qala-konsertdə əvvəlcə TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək qonaqları salamlayıb. Qeyd edib ki, TÜRKSOY-un yaradılmasının 25 illiyi münasibətilə təşkil edilən Yaponiya turnesi artıq on gündür davam edir. Noyabrın 13-də Yaponiya İncəsənət Universitetində, 14-də Kavasaki, 15-də Yokohama, 16-da Akasaka, 18-də Hamamtsu şəhərlərində təşkil edilən konsertlərdə bütün türk dünyasını əhatə edən mahnı və rəqslər nümayiş etdirilib.

TÜRKSOY təşkilatının yaranması və tarixi haqqında məlumat verən D.Kaseinov qeyd edib ki, təşkilatın məqsədi türk mənşəli xalqların birliyini gücləndirmək, bu xalqların qədim, zəngin mədəniyyətini dünyaya tanıtmaq və eləcə də gələcək nəsillərə çatdırmaqdan ibarətdir. “Bu baxımdan 2016-cı ildə TÜRKSOY tərəfindən türk mənşəli xalqların musiqiçilərindən ibarət xalq çalğı alətləri orkestrinin yaradılması bizim ümumi mədəniyyətimizi, adət-ənənələrimizi bütün dünyada tanıtmaq üçün vacib rol oynayır. TÜRKSOY-un xalq çalğı alətləri orkestri türkmənşəli xalqlardan - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Rusiya Federasiyasının Muxtar respublikalarından Altay, Tatarıstan, Başqırdıstan, Xakasiya, Tuva, Saxa-Yakutiya, həmçinin Monqolustan və Qaqauziyadan (Moldova) olan ifaçıları özündə birləşdirərək, bir konsertlə bütün dünyanı vahid türk mədəniyyətinə qovuşdurur. Orkestrin ifaçıları türk dünyasının müxtəlif xalqlarına məxsus peşəkar solistlərdən və rəqqaslardan ibarətdir”,- deyə baş katib vurğulayıb.

D.Kaseinov qeyd edib ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyənin Tokiodakı səfirliklərinin dəstəyi ilə təşkil edilən Yaponiya turnesi zamanı nümayiş etdirilən konsertlər yapon musiqisevərlərin böyük diqqətinə və marağına səbəb olub.

Baş katib təşkilatın yubileyi ilə əlaqədar turnenin təşkilinə göstərilən köməyə görə Yaponiya hökumətinə, konsertlərin keçirildiyi şəhərlərin meriyalarına və türk mədəniyyətinə böyük diqqət və marağa görə isə yapon tamaşaçılara minnətdarlığını bildirib.

Azərbaycanlı musiqiçilər - Muğam televiziya müsabiqəsinin laureatı Babək Quliyevin, Ruslan Zərbəliyevin (tar), beynəlxalq müsabiqələr laureatı Şəhriyar Musayevin (kamança), Azərbaycanın Əməkdar artisti Çinarə Heydərovanın (kanon) və Elnur Əliyevin (nağara) də qatıldığı konsert proqramı ümumilikdə 2 saata yaxın davam edib və yapon musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycanlı musiqiçilərin ifa etdiyi “Qarabağ şikəstəsi”, H.Rzayevin “Çahargah rapsodiyası”, Ə.Tağıyevin “Sən gəlməz oldun” mahnıları tamaşaçıların alqışlarına səbəb olub.

AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə konsert barədə təəssüratlarını bölüşən Tokio Universitetinin professoru Akira Matsunaqa, “Otto” restoranlar şəbəkəsinin meneceri Kimizuka Hiroyuki və “Neos-ai land” şirkətinin meneceri Neo Suqiura bildiriblər ki, TÜRKSOY-un 25 illik yubileyi münasibətilə təşkil edilən qala-konserti böyük məmnuniyyətlə izləyiblər. Həm azərbaycanlı, həm də digər türkmənşəli xalqların milli musiqisi həzinliyi və gözəlliyi ilə onları heyran edib. Bu xalqlar eyni mənşədən olsalar da, musiqilərindəki rəngarənglik, çalarlar çox valehedicidir. Təqdim etdikləri gözəl musiqi axşamına görə təşkilatçılara minnətdarlığımızı bildiririk.

Yaponiya turnesinin yekunları barədə fikirlərini bölüşən TÜRKSOY-un baş katibi D.Kaseinov isə deyib: “Düşünürəm ki, turne zamanı təşkil edilən konsertlər həm tamaşaçılar, həm də artistlər tərəfindən razılıqla qarşılandı, hər iki tərəf bu bayramdan böyük zövq aldı. Fikrimcə 10 gün davam edən konsertlər ərzində yapon musiqisevərlərə böyük türk musiqisi - qazax köyü, Azərbaycan muğamı, qırğız dastanı, türk rəqsləri və hətta Sibir xalqlarının mədəniyyəti barədə kifayət qədər məlumat verə bildik. Bu gün isə Tokionun ən böyük zallarından birində çoxsaylı tamaşaçıları bir araya gətirməyə nail olduq. Özünüz də şahidi oldunuz ki, çox böyük olmasına baxmayaraq, zalda yer yox idi, biz ehtiyat edirdik ki, birdən qonaqların sayı oturacaqların sayından çox olar və biz pis vəziyyətə düşərik. Səmimi deyim ki, bir çox hallarda, xüsusən də xarici səfərlərdə belə halla qarşılaşmaq çətindir. Turnenin yüksək səviyyəli təşkilinə görə, iştirakçı səfirliklərə, təşkilatçılara bir daha minnətdarlığımı bildirmək istəyirəm. Mən yapon tamaşaçıların gözlərində türk mədəniyyətinə böyük marağı gördüm və düşünürəm ki, bu gələcək əməkdaşlıq üçün xoş zəmin yaradır. Gələn görüşlərədək”.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Yaponiya turnesi möhtəşəm qala-konsertlə başa çatıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Cəbrayılda hazırda 109 kəhriz inşa olunur

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Nəsib Quliyevin intihar etməsilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub VİDEO

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb