İQTİSADİYYAT


“TURKUAZ” layihəsi çərçivəsində ölkəmizə daha bir konteyner qatarı gəlib

Bakı, 11 iyun, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsul – “TURKUAZ” layihəsi çərçivəsində daha bir konteyner blok qatarı Türkiyədən Azərbaycana gəlib.

“ADY Konteyner”dən AZƏRTAC-a bildirilib ki, Ankaranın Marşandiz stansiyasından yola çıxan blok qatarın təyinat məntəqəsi MMC-nin Sumqayıt terminalıdır. “Azərbaycan Dəmir Yolları”na məxsus 20 futluq 32 konteynerdə Türkiyədən ölkəmizə sənaye məqsədli ümumi çəkisi 880 ton olan soda məhsulu gətirilib.

Yeni logistik məhsul olan “TURKUAZ” layihəsi çərçivəsində həftədə iki dəfə olmaqla Türkiyədən Azərbaycana və əks istiqamətdə yükdaşımalar həyata keçirilir.

İxrac–idxal yükləri daşıyacaq qatarın müntəzəm olaraq fəaliyyət göstərməsi Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin artmasına, bu xəttin imkanlarının genişlənməsinə və rəqabət qabiliyyətinin güclənməsinə təkan verəcək.

“TURKUAZ” ekspres blok qatarı ilə, həmçinin Avropadan Türkiyənin Qara dəniz və Aralıq dənizi limanlarına gətirilən yüklərin Azərbaycana çatdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.