RƏSMİ SƏNƏDLƏR


TÜRK-AV-ın sədri, Türkiyə Vəkillər Birliyinin sədri professor Mətin Feyzioğlundan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin həm bölgədə sülhə və sabitliyə, həm də Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının inkişafına töhfə verəcəyinə inamımı bildirməkdən məmnunluq duyuram.

Sizin bu inamlı qələbəniz Türkiyə Vəkillər Birliyinin təşəbbüsü ilə yaradılan TÜRK-AV (Türkdilli və Qohum Ölkələrin Vəkillik Qurumlarının Birliyinin) qurucularından olan və bir müddət əvvəl idarə heyətinə üzv seçilən Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə həyata keçirdiyimiz birgə fəaliyyətin iki ölkə arasında əməkdaşlığın hüququn təhlükəsizlik çətiri altında inkişaf etdiriləcəyinə olan inamımızı artırıb.

Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi təbrik edir, bunun dost və qardaş Azərbaycan xalqına xeyirli olması diləyi ilə dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

professor Mətin Feyzioğlu

TÜRK-AV-ın sədri,

Türkiyə Vəkillər Birliyinin sədri

Ankara şəhəri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin