MƏDƏNİYYƏT
“TÜRK DÜNYASI” KİTABININ TƏQDİMATI OLMUŞDUR
Ümummilli liderimiz Heydər Əliyevin nurlu xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra SPMM -in sədri Məmməd Əlizadə təqdim olunan kitab barədə məlumat vermişdir. Çıxış edənlər əminliklə qeyd etmişlər ki, bu kitab türk xalqları və dövlətləri, onların qədim mədəniyyəti, tarixi barədə araşdırmalar aparan alimlər üçün, eləcə də gənc nəslə böyük töhfə olacaqdır.
Kitabda türk dövlətləri, eləcə də, dünyadakı türklər, onların yaşadıqları yerlər, xalqların adət-ənənələrindəki yaxınlıq barədə geniş məlumatlar verilmişdir. Müstəqil türk dövlətlərinin baniləri və dövlət başçılarının şəkilləri yerləşdirilmiş bu kitabda dövlətlərin bayraqları və himləri də verilmişdir. Azərbaycanın qədim torpaqlarına qarşı ermənilərin işğalçılıq siyasəti, onların təcavüzkarlığının acı nəticələri də kitabda özünə yer tapmışdır.
Məmmədhənifə Musayev tərtib olunan kitabdakı materialların etibarlı mənbələrdən götürüldüyünü bildirərək əminliklə qeyd etmişdir ki, bütün türk xalqları bu əsərə maraq göstərəcəklər.