MƏDƏNİYYƏT


“TÜRK DÜNYASI” QAZAX DİLİNDƏ ÇAP EDİLMİŞDİR

Türkoloq alim Seydin Bizakovun bu kitabında azərbaycanlılar, türklər, qazaxlar, özbəklər, uyğurlar, türkmənlər- ümumiyyətlə dünyada yaşayan 42 türkdilli xalq haqqında geniş məlumat verilir, onların tarixi, etnoqrafiyası, adət-ənənələri, mədəniyyəti, ədəbiyyatı və incəsənəti barədə söhbət açılır.

Kitabın “Azərbaycanlılar” bölməsində göstərilir ki, Azərbaycan və İrandan başqa, Rusiya, Gürcüstan, Türkiyə, İraq və Əfqanıstanda da çoxlu azərbaycanlı yaşayır. Qazaxıstanda 130 minə yaxın azərbaycanlının yaşadığı qeyd edilir.

Bölmədə 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri yada salınır. İranda yaşayan soydaşlarımız haqqında danışılır. Burada 1988-ci ilə qədər Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlının öz ata-baba yurdundan qovulduğu, Azərbaycanın işğal olunmuş torpaqlarından didərgin salınan bir milyona qədər adamın çadırlarda yaşadığı qeyd olunur.

Kitabda Azərbaycanın tanınmış şair və yazıçılarından da söhbət açılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Almatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.