İQTİSADİYYAT


TÜSİAB AZƏRBAYCANDA SƏRMAYƏ QOYULUŞUNU ARTIRMAQ NİYYƏTİNDƏDİR

Azərbaycanda Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) ölkəmizdə fəaliyyət göstərdiyi 10 ildə müxtəlif sahələrə külli miqdarda sərmayə qoymuş, iqtisadiyyatımızın inkişafında müəyyən rol oynamışdır.

Qurumun Bakı ofisindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın ticarət sektorundakı şirkətlərin sayına görə TÜSİAB-ın payı 33 faiz, sərmayə həcmi təqribən 300 milyon ABŞ dolları, bu sahədə işlə təmin olunanların sayı 11 min 500 nəfərdir.

TÜSİAB-ın xidmət sektorundakı payı 25 faiz, sərmayə həcmi təqribən 300 milyon ABŞ dolları, bu sahədə işləyənlərin sayı 10 min nəfərdən çoxdur.

TÜSİAB hər iki sahədə fəaliyyətini genişləndirmək, yaxın gələcəkdə sərmayə qoyuluşunun həcmini hər bir sahə üçün 500 milyon dollara çatdırmaq niyyətindədir.

Regionların iqtisadi inkişafına dair Azərbaycan Prezidentinin imzaladığı sənəd TÜSİAB-ın da fəaliyyətinin genişləndirilməsinə təkan verəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.