SİYASƏT


TV Berlin 28 may-Respublika Günü münasibətilə reportaj yayımlayıb VİDEO

Berlin, 29 may, AZƏRTAC

TV Berlin telekanalı 28 may-Respublika Günü münasibətilə reportaj yayımlayıb. AZƏRTAC xəbər verir ki, reportajda 102 il əvvəl Azərbaycanın müstəqilliyini elan edərək müsəlman Şərqində ilk demokratik respublika qurduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan Demokratik Respublikası 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, müasir siyasi sistem qurub. Bu sistemdə azlıqlara geniş hüquqlar verilib, eləcə də qadınların seçki hüququ bir çox Qərb dövlətlərindən, o cümlədən Almaniya və Fransadan əvvəl tanınıb. Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq aləm tərəfindən tanınmağa çalışıb. 1920-ci ildə Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi de-facto Antanta Dövlətləri tərəfindən tanınıb. 1920-ci ilin aprelində bolşevik işğalı ilə əlaqədar Cümhuriyyətin fəaliyyətinə son qoyulub. İşğaldan sonra başlanan qiyamlar qırmızı qvardiyaçılar tərəfindən yatırılıb.

Reportajın sonunda müasir müstəqil Azərbaycan Respublikasının özünü rəsmi olaraq, 102 il əvvəl qurulmuş dövlətin hüquqi, siyasi və mənəvi varisi hesab etdiyi bildirilir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.