SİYASƏT


Tabor komandirlərinin hazırlıq səviyyəsi yoxlanılıb VİDEO

Bakı, 9 mart, AZƏRTAC 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növ və qismlərində, birlik və birləşmələrində tabor komandirlərinin hazırlıq səviyyəsi yoxlanılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən təlim mərkəzlərində, poliqonlarda keçirilən yoxlamalar zamanı zabitlərin fərdi keyfiyyətləri, müasir ümumqoşun döyüşünün idarə edilməsi üzrə təcrübələri, praktiki vərdişləri, taborun silahlanmasında olan silah və hərbi texnikanın döyüş tətbiqi qaydaları, o cümlədən istismarı üzrə bilikləri də qiymətləndirilib.

Zabitlərin nəzəri biliklərinin təyin edilməsi məqsədilə rəhbər sənədlərin öyrənilməsi üzrə testlər keçirilib, atış, taktiki-xüsusi və fiziki hazırlıq, eləcə də döyüş maşınlarının idarə olunması üzrə məqbullar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.