DÜNYA


Tacikistan-Əfqanıstan sərhədi yaxınlığında tacik sərhədçi öldürülüb

Düşənbə, 7 yanvar, AZƏRTAC

Tacikistan-Əfqanıstan sərhədi yaxınlığındakı Dubeda məntəqəsində tacik sərhədçi, zabit Suxanvar Alimiyen öldürülüb.

AZƏRTAC xəbər verir ki, sərhədçi əsgərlərlə birlikdə bu məntəqədə yoxa çıxan tacik çobanın axtarışını apararkən cinayətkar qruplaşmanın üzvləri tərəfindən güllələnib. Otuz dörd yaşlı sərhədçi dörd ay əvvəl işə qəbul edilmişdi.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.