İQTİSADİYYAT


Tacikistan Azərbaycandan keçməklə dünya bazarına alüminium ixrac etmək istəyir

Bakı, 10 avqust, Elvin Camalov, AZƏRTAC

Tacikistan Azərbaycandan keçməklə dünya bazarına alüminium ixrac etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nematcon Hikmatullozoda avqustun 10-da Bakıda keçirilən Azərbaycan-Tacikistan işgüzar görüşündə deyib.

O bildirib ki, Azərbaycan və Tacikistan arasında iqtisadi əlaqələrin inkişafı üçün yaxşı şərait var. Tacikistan Azərbaycanın ticarət potensialından, eləcə də Bakı limanından istifadə edərək dünya bazarına alüminium ixrac edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.