REGİONLAR


Tacikistan Azərbaycanın meliorasiya və su təsərrüfatı sahəsindəki təcrübəsini öyrənir

Bakı, 27 noyabr, AZƏRTAC

Tacikistan Hökuməti yanında Meliorasiya və İrriqasiya Agentliyinin direktor müavini Baxrom Qaforzoda, Agentliyin xarici iqtisadi əlaqələr və investisiya şöbəsinin rəisi Firuz Qurbanov, Tacikistanın Vose rayonunda “Pənc çayının hövzəsində su ehtiyatlarının idarə olunması” layihəsinin meneceri Abdudcabor Katayevdən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, indiyədək bir çox xarici dövlətlərin meliorasiya və su təsərrüfatının məsul şəxsləri Azərbaycana qonaq gəlib və ölkəmizin bu sahədəki təcrübəsindən yararlanıblar. Tacikistan nümayəndə heyətinin səfərində məqsəd də Azərbaycanın bu sahədəki təcrübəsini öyrənməkdir.

Səfər çərçivəsində qonaqlar Samur-Abşeron kanalının baş suqəbuledici qurğusu, Qudyalçay, Qaraçay və Vəlvələçayda yerləşən hidroqovşaq və su durulducu qurğular, Taxtakörpü su anbarı, Siyəzən Suvarma Sistemləri İdarəsi və Samur-Abşeron kanalının yeni inzibati binası, Ceyranbatan nasos stansiyası, Bəhramtəpə hidroqovşağı, Arazın yeni qolunun baş qurğusu və meliorasiya sisteminə aid digər obyektlərlə tanış olublar.

Qeyd edək ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 1997-ci ildən Dünya Su Şurasının, 2002-ci ildən Qlobal Su Əməkdaşlıq Şurasının, 2006–cı ildən isə İrriqasiya və Drenaj üzrə Beynəlxalq Komissiyanın üzvüdür. Səhmdar Cəmiyyətin əməkdaşları hər il bu təşkilatların beynəlxalq tədbirlərində iştirak edir və qarşılıqlı təcrübə mübadilələri aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.