DÜNYA


Tacikistan-Qırğızıstan sərhədində atışma gedir

Bakı, 29 aprel, AZƏRTAC

Bir qədər əvvəl Tacikistan və Qırğızıstan sərhədində hərbi bölmələr arasında atışma başlayıb.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan sərhəd xidmətinin mətbuat mərkəzi məlumat yayıb. Mətbuat xidmətinin nümayəndəsi bildirib ki, tərəflərin hərbi bölmələri bir-birinə atəş açırlar. İlkin məlumata görə, tacik tərəfi mövqelərində minomyotlar quraşdırır.

Bundan başqa, Qırğızıstan sərhəd xidməti Tacikistan sərhədçilərini mülki əhalini qanlı hərəkətlərə təhrik etməkdə təqsirləndirib və mümkün tələfat hallarının məsuliyyətini onların üzərinə qoyub.

Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi münaqişənin gedişində 15 nəfərin zərər çəkdiyi barədə məlumat yayıb, Səhiyyə Nazirliyi isə 11 nəfərin yaralandığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.