DÜNYA


Tacikistan-Qırğızıstan sərhədində atışma olub

Bakı, 27 yanvar, AZƏRTAC

Tacikistan və Qırğızıstan sərhədində iki ölkənin sərhədçiləri arasında atışma olub.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan dövlət milli təhlükəsizlik komitəsinin sərhəd xidməti məlumat yayıb. Tacik tərəfinin minomyot və qranatomyotlardan istifadə etdiyi bildirilir.

“Tacikistan və Qırğızıstan sərhəd qoşunlarının bölmələri arasında əsas atışmalar Tort-Koço və Cır-Dobo ərazilərində baş verib”, - məlumatda belə deyilir. Həlak olanlar və yaralananlar barədə hələlik məlumat yoxdur.

Sərhəddəki gərginlik Qırğızıstanın Batken və İsfan şəhərlərini birləşdirən yolun Düşənbə tərəfindən birtərəfli qaydada bağlanması fonunda yaranıb. İki ölkənin məmurları gərginliyi aradan qaldırmaq üçün hadisə yerinə gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.