Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost ölkənizin bütün xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Bizim ölkələrimiz tarixən möhkəm dostluq və səmərəli əməkdaşlıq telləri ilə bir–birinə bağlıdır. Hər iki ölkə, xalqlarımızın köklü mənafelərinə uyğun olaraq, çoxtərəfli münasibətləri inkişaf etdirməyə və möhkəmləndirməyə çalışır. Biz bundan sonra da bunun üçün lazımi səy göstərmək əzmindəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və böyük uğurlar, dost Azərbaycan xalqına əmin-amanlıq, firavanlıq və tərəqqi arzu edirəm.

Hörmətlə,

 

Emoməli Rəhmon

Tacikistan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin