DÜNYA


Tacikistan ilə Hindistan arasında əməkdaşlığa dair 10 sənəd imzalanıb

Düşənbə, 8 oktyabr, AZƏRTAC

Hindistan Prezidenti Ram Nath Kovind Tacikistanda rəsmi səfərdədir.

AZƏRTAC Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı Emoməli Rəhmonla hindistanlı həmkarının görüşündə ölkələr arasında ticari-iqtisadi, səhiyyə, təhsil, əczaçılıq və digər sahələrdə əlaqələrin genişləndirilməsi, həmçinin terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, transmilli cinayətkarlıq ilə mübarizə məsələləri müzakirə edilib.

Görüşün yekunları ilə bağlı ölkələr arasında iqtisadi sahəni əhatə edən 10 sənəd imzalanıb.

Səfər çərçivəsində Hindistan Prezidenti tacik dövlətçiliyinin banisi İsmayıl Somoninin Düşənbədəki abidəsi önünə əklil qoyub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.