DÜNYA


Tacikistan ilə Yaponiya arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib

Düşənbə, 5 oktyabr, AZƏRTAC

Tacikistan Prezidenti Emoməli Rəhmon Yaponiyada rəsmi səfərdədir.

AZƏRTAC Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, E.Rəhmon səfər çərçivəsində Yaponiya İmperatoru Akihito ilə görüşüb. Tərəflər ölkələr arasında ikitərəfli siyasi, ticari-iqtisadi, mədəni-humanitar, elm, səhiyyə, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluqlarını ifadə edib, “Mərkəzi Asiya-Yaponiya” Dialoqu çərçivəsində əlaqələrin daha da dərinləşməsində maraqlı olduqlarını bildiriblər.

Görüşdə beynəlxalq terrorizm, ekstremizm, narkotik vasitələrin qaçaqmalçılığı, transmilli cinayətkarlıqla mübarizə, regional təhlükəsizliyin qorunması, Əfqanıstanda qeyri-sabitlik fonunda Tacikistanın dövlət sərhədlərinin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İnvestisiya sahəsində əlaqələrin genişləndirilməsi xüsusi müzakirə edilib, Tacikistan iqtisadiyyatına Yaponiya sərmayəsinin birbaşa qoyulması və özəl sektora yardım proqramlarının həyata keçirilməsi də diqqət mərkəzində olub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.