DÜNYA
Tacikistan parlamentinin yuxarı və aşağı palatalarına seçkilərin vaxtı açıqlanıb
Düşənbə, 8 dekabr, AZƏRTAC
Tacikistan parlamentinin aşağı palatası-Məclisi Alinin vilayət, şəhər və rayon məclislərinə növbəti seçkilər 2020-ci ilin mart ayının 1-də, yuxarı palatası- Məclisi Milliyə (Senat) isə martın 27-də keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Tacikistan Prezidenti Emoməli Rəhmon bununla bağlı Fərman imzalayıb.
Tacikistan Konstitusiyasına görə, Məclisi Ali 63 deputatdan formalaşır və 25 yaşı tamam olmuş vətəndaşlar aşağı palataya deputat seçilə bilərlər.
Məclisi Millidə isə 33 deputat təmsil olunur ki, bunların da 25-i parlamentin aşağı və yuxarı palatalarının birgə iclasında gizli səsvermə yolu ilə seçilir, 8 deputatı isə Prezident təyin edir. Məclisi Milliyə 35 yaşı tamam olan Tacikistan vətəndaşları seçilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]