MƏDƏNİYYƏT


Tacikistan portalı Azərbaycanla bağlı məqalə yayıb

Düşənbə, 29 fevral, AZƏRTAC 

Tacikistanın sugdnews.com portalı müxbir Salimaxon Vaxobzadenin Azərbaycanda keçirilən parlament seçkiləri, ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı rus dilində geniş məqaləsini verib.

AZƏRTAC xəbər verir ki, materialda fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkiləri barədə ətraflı məlumat verilir, bu böyük siyasi kampaniyada dünyanın 50-yə yaxın ölkəsindən jurnalistlərin iştirak etdiyi bildirilir.

Jurnalist məqalədə Bakı şəhərinin tarixi, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Dənizkənarı park, buradakı müasir otellər haqqında məlumat verir, Azərbaycanda turizmin inkişafından danışır. Yazıda Bakı metrosunun nadir memarlıq abidəsi olduğu vurğulanır. Qeyd edilir ki, “yeraltı şəhər”in dizaynında ölkənin tarixi və mədəniyyəti əks edilib. Diqqətə çatdırılır ki, hazırda ümumi uzunluğu 37 kilometr olan metronun 25 stansiyası fəaliyyətdədir, bu yaxınlarda daha üç stansiya istifadəyə verilməlidir.

Yazıda Bakıdakı muzeylər haqqında da söhbət açılır, burada çəkilən məşhur filmlər sadalanır, şəhərdən 30 kilometr məsafədə yerləşən “Atəşgah” abidəsi barədə oxuculara məlumat verilir, “Yanardağ” möcüzəsindən danışılır.

Müəllif, həmçinin Azərbaycanın milli təamlarından söhbət açır, xalqımızın qonaqpərvərliyinin onu valeh etdiyini vurğulayır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.