SİYASƏT


Tacikistan portalı Hərbi Qənimətlər Parkı haqqında məqalə dərc edib

Düşənbə, 28 aprel, АZƏRTAC

Tacikistanın “faraj.tj” portalı Bakıdakı Hərbi Qənimətlər Parkı haqqında tacik dilində məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Hərbi Qənimətlər Parkında 44 günlük Vətən müharibəsində Ermənistan ordusundan qənimət kimi əldə olunan hərbi texnikanın bir hissəsinin nümayiş etdirildiyi qeyd olunub.

Bildirilib ki, 5 hektar ərazidə yerləşən Hərbi Qənimətlər Parkının aprelin 12-də baş tutan açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

Qənimətlər arasında KUB zenit-raket kompleksi, 150 ədəd ağır texnika, o cümlədən “T-72” tankı, 2С1 “Qvozdika” artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi, müxtəlif silahlar və digər sursatlar var.

Məqalədə bildirilib ki, Vətən müharibəsi günlərində 7 C-300 zenit-raket kompleksi məhv edilib, 366 tank, 50-dən artıq digər zenit-raket kompleksi, 522 hərbi yük avtomobili, 125 artilleriya topu zərərsizləşdirilib və ələ keçirilib.

Yazıda vurğulanır ki, parkın girəcəyində Şuşaya atılan “İsgəndər M” raketinin qalıqları da nümayiş etdirilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.