SİYASƏT


Tacikistan portalı: Münxendəki debatdan sonra Ermənistan tərəfinin özünə gəlməsi üçün hələ çox zamana ehtiyac duyulacaq

Düşənbə, 18 fevral, AZƏRTAC 

Tacikistanın avesta.tj portalında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən debat haqqında material verilib.

Materialda bildirilir ki, əvvəllər də Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan MDB və digər beynəlxalq təşkilatlar çərçivəsində müxtəlif tədbirlərdə görüşüblər. Münxen Təhlükəsizlik Konfransındakı debat isə Azərbaycan tərəfinin parlaq qələbəsi ilə yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyev sübut etdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi region üçün ciddi təhdiddir. Debatın videolarına baxan hər bir tamaşaçı Azərbaycan Prezidentinin fikirlərini əminliklə, faktlar əsasında ifadə etdiyinin, diskussiyanı əvvəldən sonadək konstruktiv şəraitdə apardığının şahidi oldu. Tərəfləri başa düşmək, hansı mövqenin daha güclü olduğunu anlamaq üçün ingilis dilini bilməyə ehtiyac yoxdur. Azərbaycan Prezidenti çıxışı ilə Azərbaycan xalqının və dövlətinin haqlı mövqeyini növbəti dəfə açıq şəkildə nümayiş etdirdi.

Məqalədə deyilir: “Nəhənglərin döyüşü”ndə, - hərçənd ki, bu döyüşdə yeganə nəhəng Azərbaycan Prezidenti İlham Əliyevdir, - hər kəs rəqibin “ağır siyasi nokaut”a göndərildiyini gördü. Hamı bir daha gördü ki, düşmənin özünə gəlməsi üçün hələ çox zamana ehtiyacı olacaq”.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.