SİYASƏT


Tacikistan portalı qədim Bərdə şəhərinə Ermənistanın kaset bombası atması haqda materiallar verib

Düşənbə, 29 oktyabr, АZƏRTAC 

Tacikistanın “avesta.tj” portalı Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə “Smerç” kaset bombası atması və dinc sakinlərin ölməsi barədə materiallar verib.

AZƏRTAC xəbər verir ki, portalda Ermənistanın dinc əhalin hədəf alması hərbi cinayət kimi dəyərləndirilir. Bildirilir ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi bu cinayətə görə cavab verməlidir.

Qeyd olunur ki, dünya birliyi Ermənistanın bu qanuna zidd hərəkətlərini ittiham etməli, Ermənistanı dayandırmalıdır.

Yazılarda vurğulanır ki, bu tipli bomba və raketlərdən istifadə olunması 1949-cu ildə imzalanmış Cenevrə Konvensiyasına və digər beynəlxalq sənədlərə ziddir.

Bildirilir ki, sentyabrın 27-dən bu günədək Ermənistanın dinc əhaliyə atəş aşması nəticəsində 90 adam ölüb, 392 mülki vətəndaş yaralanıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.