SİYASƏT


Tacikistan portalında “Heydər Əliyev - müasir Azərbaycanın memarı” adlı məqalə verilib

Düşənbə, 11 may, AZƏRTAC

Tacikistanın “faraj-tj” portalında tacik dilində “Heydər Əliyev - müasir Azərbaycanın memarı” sərlövhəli məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, materialda ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bu böyük siyasətçinin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövr ölkə tarixinə siyasi, iqtisadi, mədəni və mənəvi dirçəliş illəri kimi daxil olub.

Yazıda Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövr haqqında da məlumat verilir.

Materialda deyilir ki, müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev öz müdrik siyasəti sayəsində milli dövlətçilik ideyasını həyata keçirib. Heydər Əliyevin fəaliyyətinin nəticəsi olaraq Azərbaycan öz geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü yaradıb, ölkə dünyanın dinamik inkişaf edən dövlətlərindən birinə çevrilib.

Məqalədə bildirilir ki, o illərdə dövlət həyatının bütün sahələrində canlanma yaranıb, qısa zamanda ölkə böyük inkişaf yolu keçib. Azərbaycana rəhbərlik etdiyi və böyük siyasətdə olduğu dövrdə Ulu Öndər xalqın həyatında tarixi rol oynayıb.

Yazıda deyilir ki, Heydər Əliyev illər əvvəl uzaqgörənliklə deyib: Biz Qarabağ məsələsini həll edəcəyik, zaman lazımdır. Heç kim bu torpaqları Azərbaycandan qopara bilməz. Nəyin bahasına olursa-olsun, işğal edilən torpaqlar qaytarılacaq.

18 ildən sonra o zaman gəldi, Heydər Əliyevin vəsiyyətini onun siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müzəffər Ordusu yerinə yetirdi.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.