DÜNYA


Tacikistan xarici ölkə vətəndaşları üçün sərhədləri bağlayıb

Bakı, 10 aprel, AZƏRTAC

Tacikistan hakimiyyəti ölkəyə koronavirusun daxil olmasının qarşısını almaq üçün bütün xarici ölkə vətəndaşlarının ölkəyə giriş və çıxışına müvəqqəti qadağa qoyub.

AZƏRTAC xəbər verir ki, bu barədə Tacikistanın Xarici İşlər Nazirliyi məlumat yayıb. “Yeni koronavirus infeksiyasının ölkəyə daxil olmasının və yayılmasının qarşısının alınması üzrə fövqəladə tədbirlərin reallaşdırılması məqsədilə bütün xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin Qazaxıstan respublikası sərhədlərindəki bütün buraxılış məntəqələrindən girişi və çıxışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - deyə məlumatda bildirilir.

Qurumun məlumatına əsasən, məhdudiyyətlər Tacikistanda akkreditə olunan xarici ölkə diplomatlarına, beynəlxalq təşkilatların və maliyyə institutlarının nümayəndələrinə, həmçinin onların ailə üzvlərinə şamil edilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.