İDMAN


Tacikistan yığması dünya çempionatında on idmançı ilə təmsil olunacaq

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında Tacikistan yığma komandası on idmançı ilə təmsil olunacaq.

AZƏRTAC xəbər verir ki, yığma komandanın tərkibinə Şohida Kalandarova (57 kq), Suxrob Bokiyev (60 kq), Yekubcon Bokiyev (66 kq), Akmal Murodov (81 kq), Komronşoxi Ustopiriyen (90 kq), Saidcalol Saidov (100 kq), Behruz Xocazoda və Somon Mahmadbekov (73 kq), Şakarmamad Mirmamadov və Temur Rahimov (hər ikisi 100 kq-dan artıq) daxildirlər.

Bu il cüdo üzrə dünya çempionatında 14 çəki dərəcəsində fərdi turnirdə və qarışıq yığmaların yarışında 130 ölkədən 800-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.

Budapeştdə (Macarıstan) keçirilən əvvəlki dünya çempionatında Tacikistan yığması altı idmançı ilə təmsil olunmuşdu.

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının seçmə mərhələsində iştirak edən cüdoçuların mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirə bilər. Turnirin qalibləri Olimpiya Oyunlarının təsnifatı hesabına 2000 xal, gümüş mükafatçılar 1400 xal, bürünc medal qazananlar isə 1000 xal əlavə edəcəklər.

Qaliblərə həm də sanballı pul mükafatları veriləcək: çempion 26 min avro, gümüş mükafatçı 15 min avro, bürünc medalın sahibi isə 8 min avro alacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.