MƏDƏNİYYƏT
Tacikistanda IV Kukla teatrları festivalı keçirilir VİDEO
Düşənbə 18 aprel (AZƏRTAC). Tacikistan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Düşənbə şəhərində “Çodari xael” adlı ənənəvi IV Kukla teatrları festivalı keçirilir.
Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus, Türkiyə, Rusiya, Fransa, İran, İspaniya və Tacikistan teatrları iştirak edirlər.
Ölkəmizi bu teatr bayramında Məhəmmədtağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı təmsil edir.
Azərbaycanın Xalq Artisti Yasəmən Ramazanovanın rəhbərliyi ilə teatr qrupu aprelin 21-də festivalda dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərini təqdim edəcəkdir.
Festivalda tamaşalar tacik, rus və digər dillərdə təqdim edilir.
Tədbir çərçivəsində bir sıra tematik görüşlərin və ustad dərslərinin, həmçinin “Kukla teatrlarının problemləri” mövzusunda konfransın keçirilməsi də nəzərdə tutulmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə