DÜNYA


Tacikistanda avtomobil qəzası nəticəsində altı nəfər həlak olub

Düşənbə, 10 may, AZƏRTAC

Tacikistanın Aynin rayonu ərazisində, Düşənbə-Xocənd-Çanoq magistral yolunda “Toyota Prado” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq 80-100 metr dərinliyindəki yarğana yuvarlanıb.

AZƏRTAC Tacikistan Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Müzaffar Nazimova məxsus avtomobildə olan sərnişinlərin üçü hadisə yerində ölüb. Daha üç nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Bundan başqa, Düşənbə-Xocənd yolunda “Tiko” markalı avtomobilin Varzob çayına düşməsi nəticəsində bir ailənin üç üzvü - ata, ana və qızları həlak olublar.

Hər iki qəza ilə bağlı araşdırmalar aparılır.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.