DÜNYA


Tacikistanda cəzaçəkmə müəssisəsində baş verən qiyamda 13 məhbus həlak olub

Düşənbə, 8 noyabr, АZƏRTAC 

Ötən gecə Tacikistanın Soqd vilayətinin Xocənd şəhərində ciddi rejimli həbsxanada baş verən qiyam nəticəsində 13 məhbus həlak olub.

AZƏRTAC xəbər verir ki, İŞİD qruplaşmasının üzvü olmaqda ittiham edilən məhbuslardan biri keşikçinin avtomatını əlindən alıb, həbsxananın nəzarətçilərinə və keşikçilərinə atəş açıb. Bundan sonra məhbuslar birləşərək kalonun bir korpusunu ələ keçiriblər.

Soqd vilayəti Daxili İşlər İdarəsinin xüsusi təyinatlıları qiyamı yatırıblar.

Bu həbsxanada terrorizm və ekstremizmdə ittiham olunanlar, həmçinin müxtəlif terrorçu qruplaşmanın üzvü olan məhbuslar saxlanılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.