DÜNYA
Tacikistanda cəzaçəkmə müəssisəsində baş vermiş qiyamda həlak olan məhbusların sayı 25-ə çatıb
Düşənbə, 8 noyabr, AZƏRTAC
Ötən gecə Tacikistanın Soqd vilayətinin Xocənd şəhərindəki ciddi rejimli həbsxanada baş vermiş qiyamda həlak olan məhbusların sayı 25-ə çatıb.
AZƏRTAC vilayətin Daxili İşlər İdarəsinə istinadla xəbər verir ki, qiyam zamanı iki zabit və bir xüsusi təyinatlı da həlak olub, kalonun altı keşikçisi yaralanıb.
Vilayətin hüquq-mühafizə orqanları ciddi rejimli işə keçib, Xocənd şəhərinə giriş-çıxış məhdudlaşdırılıb.
Xatırladırıq ki, İŞİD qruplaşmasının üzvü olmaqda ittiham edilən məhbuslardan biri keşikçinin avtomatını əlindən alaraq həbsxananın nəzarətçi və keşikçilərinə atəş açıb. Bundan sonra məhbuslar birləşərək kalonun bir korpusunu ələ keçiriblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]