DÜNYA


Tacikistanda həbsxanada baş verən qiyamda 29 məhbus öldürülüb

Düşənbə, 20 may, AZƏRTAC

Mayın 19-dan 20-nə keçən gecə Tacikistanın Vaxdat şəhərindəki ciddi rejimli həbsxanada baş verən qiyam nəticəsində ilkin məlumata görə 29 məhbus öldürülüb.

AZƏRTAC Tacikistan mətbuatına istinadla xəbər verir ki, İŞİD və digər terror təşkilatlarının üzvləri kimi həbs olunan təxminən 30 məhbus bıçaq və digər kəsici alətlərlə silahlanaraq nəzarətçilərə hücum edib onların üçünü girov götürüb və öldürüblər.

Bundan sonra məhbusların zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.