DÜNYA


Tacikistanda koronavirusa yoluxanların sayı üç mini keçib

Düşənbə, 26 may, АZƏRTAC 

Son 24 saat ərzində Tacikistanda COVID-19-a yoluxanların sayı 171 xəstə artıb və 3100 nəfərə çatıb.

AZƏRTAC Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, pandemiya dövründə 1395 nəfər sağalıb, 46 nəfər ölüb.

Məlumatda bildirilir ki, karantində 2773 nəfər var.

Ölkədə koronavirusla mübarizəyə 7 min 500 həkim, 25 mindən artıq orta tibb personalı cəlb olunub.

Koronavirusla mübarizə üçün Çindən Tacikistana çarter reysi ilə 14 virusoloq gətirilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.