DÜNYA


Tacikistanda koronavirusdan sağalanların sayı 2 mini ötüb

Düşənbə, 4 iyun, АZƏRTAC 

Tacikistanda COVID-19 koronavirusundan son 24 saat ərzində 321, pandemiya dövründə isə 2347 nəfər sağalıb.

AZƏRTAC Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son iki gün ərzində virusa yoluxanların sayı 178 nəfər artaraq 4191-ə çatıb.

Məlumatda qeyd olunur ki, ölkədə bu virusdan 48 nəfər dünyasını dəyişib, 1463 adam karantindədir.

Bildirilir ki, ölkənin 85 xəstəxanasında COVID-19 koronavirusu ilə mübarizəyə 7 min 500-dən artıq həkim, 25 mindən artıq orta tibb personalı cəlb edilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.